"Bu il də çempion olmaq üçün əlimizdən gələni edəcəyik"

24 Fevral 04:00 Voleybol 485
"Bu il də çempion olmaq üçün əlimizdən gələni edəcəyik"

“Bu oyuna yaxşı hazırlaşmışdıq”.

Sportinfoz xəbər verir ki, bunu “Azərreyl”in voleybolçusu Çarxlouei Mohammadhusseyn federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Hücumçu Azərbaycan Yüksək Liqasının XI turunda “Neftçi” üzərində 3:0 hesablı qələbəni şərh edib. O, oyunun maraqlı keçdiyini vurğulayıb:

“Rəqib də yaxşı oynadı. Biz onları yaxşı analiz etmişdik, buna görə də necə mübarizə aparacaqlarını bilirdik.

Növbəti oyuna da eyni əzmlə hazırlaşacağıq. İnanıram ki, komandamız həmin matçda da uğurlu nəticə əldə etməyi bacaracaq.

Çünki biz keçən ilin çempionuyuq. Bu il də çempion olmaq üçün əlimizdən gələni edəcəyik”.

“Azərreyl” 11 turdan sonra 22 xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. Onlar lider “Murov Az Terminal”dan 2 xal geri qalırlar.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var