Bu çempionat Azərbaycanda ilk dəfə keçiriləcək

25 Yanvar 2025 04:40 Voleybol 768
Bu çempionat Azərbaycanda ilk dəfə keçiriləcək

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

AVF-nin təşkil etdiyi yarış yanvarın 25-26-da Şahdağ Turizm Mərkəzində baş tutacaq. Çempionatda 4 qadın (“Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, U-21), 4 kişi (“Azərreyl”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası iştirak edəcək.

Yarışın ilk günündə oyunlar dairəvi sistem üzrə keçiriləcək. Toplanacaq yekun xallara görə ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutacaq komandalar isə üçüncülük uğrunda oynamaq imkanı qazanacaqlar.

Final və üçüncü yer uğrunda qarşılaşmalar yanvarın 26-da baş tutacaq. Daha sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?