"Milliyə yüksək səviyyəli voleybolçular cəlb etməyə çalışacağıq".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov deyib.
O qeyd edib ki, kişi və qadın milliləri ilə bağlı işlər davam edir:
"Milli ilə bağlı işlər aparırıq. Deyə bilmərəm ki, yüksək səviyyədədir.
Çalışacağıq bundan sonra milliyə yüksək səviyyəli voleybolçuları cəlb edək. Aşağı yaş qruplarından ibarət komandalardan voleybolçuları da cəlb edəcəyik.
style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">Liqada klubların və idmançıların sayının artırılması istiqamətində işlər aparacağıq. Bir neçə gün öncə azarkeşlər klubunu yaratmışıq.
Hesab edirik ki bu hərəkat genişlənəcək. Bu yöndə işlər aparılır. Onlar çempionatlarda iştirak edəcəklər".

