Azərbaycanda 2 yeni komanda yaradıldı, çempionatda iştirakçı sayı artırıldı

22 Sentyabr 2024 15:40 Voleybol 1 687
Azərbaycanda 2 yeni komanda yaradıldı, çempionatda iştirakçı sayı artırıldı

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında komanda sayı artırılıb.

Sportinfo.az xəbər verir ki, 2024/2025-ci illər mövsümündə “Xilasedici” və “Sumqayıt” ölkə çempionatında debüt edəcəklər.

Bununla bağlı qarşıdakı günlərdə rəsmi açıqlama veriləcək.

Ötən il ölkə çempionatında “Azərreyl”, “Murov Az Terminal”, “Neftçi” və MOİK mübarizə aparıb. Qızıl medallara isə “Azərreyl” sahib çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti