“Abşeron” heyətini yeni voleybolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Famil Ağayevin rəhbərlik etdiyi komanda rusiyalı Natalya Solovyovanı transfer edib.
Toppaylayıcı mövqeyində çıxış edən oyunçu ilə 1 illik müqavilə imzalanıb.
“Abşeron” daha əvvəl Katerina Jitkova, Nikalina Başnakova, Anastasiya Mertsalova və fransalı Şerilin Başoru ilə anlaşıb.