"Abşeron" heyətinə daha bir voleybolçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, ötən mövsümün gümüş mükafatçısı fransalı oyunçu Şerilim Başorunun transferini rəsmiləşdirib.
31 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.
Voleybolçu son olaraq İspaniyanın "Kiele Sokuellamos" komandasının formasını geyinib.
"Abşeron" daha əvvəl Katerina Jitkova, Nikalina Başnakova və Anastasiya Mertsalovanı transfer edib.