Yığmamız məğlubiyyətləri sıralamağa davam edir

26 May 2024 03:00 Voleybol 942
Yığmamız məğlubiyyətləri sıralamağa davam edir

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığma II turun ikinci matçında Şimali Makedoniya komandası ilə üz-üzə gəlib.

Belçikadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0 (25:17, 25:17, 25:18).

Meydan sahiblərinə yenilən (0:3) milli Bakıdakı I turda Rumıniya və Ukraynaya da eyni hesabla uduzub. Komanda hazırda sonuncu - 12-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!