Azərbaycanlı prezident müşaviri avrokubokun finalına təyinat aldı

28 Fevral 2024 03:00 Voleybol 674
Azərbaycanlı prezident müşaviri avrokubokun finalına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov avrokubokun final matçına təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi olacaq.

Cəfərov Fransada yerli "Neptunes Nantes" və İtaliyanın "İgor Gorgonzola Novara" klublarının qarşılaşmasında CEV nümayəndəsi qismində hakimlərin və supervayzerin işini qiymətləndirəcək.

Görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitroviç və polşalı Voytsex Maroszek olacaq. Matç fevralın 28-də keçiriləcək.

Finalın ilk oyunu İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”