COP29

Prezident bölgələrdən seçilən oyunçularla nə söhbət etdi?

25 Yanvar 08:20 Voleybol 766
Prezident bölgələrdən seçilən oyunçularla nə söhbət etdi?

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov seleksiya işləri çərçivəsində “Murov Az Terminal” tərəfindən bölgələrdən seçilmiş yeniyetmə voleybolçularla görüşüb.

Sportinfo.az xəbər verir ki, görüş qadın voleybolçular arasında Azərbaycan çempionatının X turunun “Murov Az Terminal” - “Gəncə” (3:0) matçından sonra baş tutub.

Federasiya prezidenti yeniyetmələrə yaradılan şəraitlə maraqlanıb, onlara peşəkar idmançı olmaq yolunda tövsiyələrini verib.

Məşqçi və mütəxəssislərlə də söhbət edən Şahin Bağırov federasiyanın hər zaman gənc və yeniyetmə voleybolçulara dəstək olacağını bildirib, onlara uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"