Yığmamız niyə bütün oyunları 0:3 hesabı ilə uduzdu?

16 Yanvar 02:50 Voleybol 318
Yığmamız niyə bütün oyunları 0:3 hesabı ilə uduzdu?

"Oyunçular əllərindən gələni edirdilər".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Səbuhi Əliyev Polşada keçirilmiş Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı ilə bağlı danışarkən deyib.

Mütəxəssis yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:

"Bütün komandalar güclü idi. Bizim yığmamız da yaxşı mübarizə apardı.

Hətta EEVZA-nın prezidenti vurğuladı ki, Azərbaycan birinci dəfədir ki, belə yaxşı komanda gətirib".

U-20 yarışda Polşa, Ukrayna, Estoniya və Latviyaya uduzub. Baş məşqçi bütün görüşlərdə 0:3 hesabı ilə uduzduqlarını xatırladıb:

"Biz də qalib gəlmək istəyirdik. Bu turnir böyük təcrübə oldu.

Bu yaş qrupları üzrə çox yarış keçirilməlidir. Voleybolçular turnirlərdə böyük təcrübə toplayırlar.

Hər matçdan sonra müzakirə edirdik, ortaya çıxan səhvləri aradan qaldırmağa çalışırdıq ki, növbəti görüşlərdə səhvlərə yola verilməsin.

Bu uşaqların yaxın zamanlarda millinin heyətində daha yaxşı çıxış edəcəklərinə inanırıq. Növbəti turnirlərdə daha yaxşı çıxış edəcəyik.

İdmanda qalibiyyət və yenilgi də var. Çalışacağıq ki, komandamız məğlubiyyətlə üzləşməsin".

Xəbər Lenti