Azərbaycan komandası bu dəfə Ukraynaya məğlub oldu

13 Yanvar 03:50 Voleybol 277
Azərbaycan komandası bu dəfə Ukraynaya məğlub oldu

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.

Görüş millimizin məğlubiyyəti ilə bitib - 0:3 (23:25, 9:25, 17:25).

Komandamız ötən gün Estoniyaya eyni hesabla uduzub.

U-20 turnirdə Latviya və Polşa kollektivləri ilə də qarşılaşacaq.

Yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbər Lenti