Meksikalı legioner Azərbaycan klubunda çıxış edəcək

9 Yanvar 2024 02:20 Voleybol 668
Meksikalı legioner Azərbaycan klubunda çıxış edəcək

Azərbaycanın qadın voleybolçulardan ibarət Yüksək Liqasında mübarizə aparan “Abşeron” heyətini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi meksikalı libero Jozelin Landerosla anlaşıb.

23 yaşlı voleybolçu yanvarın 11-də Bakıya gələcək. O, son olaraq ölkəsinin “İreris” komandasında çıxış edib.

"Abşeron”un əsas liberosu Bəyaz Quliyeva şəxsi məsələlərə görə bir müddətlik voleybolla vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"