Millinin yeni baş məşqçisi: “Siyahı əlimizdədir, qaytarmaq istəyirik”

20 May 2023 23:20 Voleybol 504
Millinin yeni baş məşqçisi: “Siyahı əlimizdədir, qaytarmaq istəyirik”

“Mənə göstərilən etimada görə təşəkkür edirəm.

Azərbaycan voleybolunun əvvəlki uğurlarını qaytarmaq istəyirik. Faiq Qarayevin dövründə yaxşı nailiyyətlər əldə olunub".

Sportinfo.az xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligil deyib.

Mütəxəssis avqust-sentyabr aylarında təşkil ediləcək Avropa çempionatında yaxşı komandaların yer aldığı qrupda mübarizə aparacaqlarını söyləyib.

O, eyni zamanda, gənclərin voleybola cəlb edilməsinin ön planda olacağını vurğulayıb:

“Yerli məşqçilərlə fikir mübadiləsi aparmaq üçün seminarlar təşkil olunacaq. Bunlar yay dövrü üçün nəzərdə tutulub”.

Baş məşqçi yığmadakı oyunçular barədə məlumatlı olduğunu deyib:

“20 voleybolçudan ibarət siyahı əlimizdədir. Burada dəyişiklik də ola bilər. Gənclərin cəlb olunması da nəzərdə tutulub.

Yekun siyahını qarşıdakı günlərdə federasiyaya təqdim edəcəyik”.

Azərbaycan millisi Avropa çempionatının C qrupunda Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə mübarizə aparacaq.

Xəbər Lenti