Azərbaycan çempionu xorvatları uddu, 1/16 finala qaldı

21 Oktyabr 2022 03:20 Voleybol 1 125
Azərbaycan çempionu xorvatları uddu, 1/16 finala qaldı

Kişi voleybolçulardan ibarət “Murov” növbəti avrokubok oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Çelenc kubokunda 1/32 final mərhələsinin cavab matçına çıxıb.

Fərid Cəlalovun yetirmələri Xorvatiyanın “Kitro Varazdin” klubunu qəbul edib. Bir gün əvvəl baş tutan ilk qarşılaşma kimi bu görüş də Bakıdakı Voleybol Mərkəzində təşkil olunub.

İlk oyundan 3:0 hesablı qələbə ilə ayrılan voleybolçularımız bu dueli də aktivinə yazıb (3:1) və 1/16 finala yüksəlib.

“Murov” növbəti mərhələdə Avstriyanın “Qrats” klubu ilə görüşəcək. 1/16 final mərhələsinin matçları noyabrın 8-də və 16-da keçiriləcək. Azərbaycan çempionu ilk qarşılaşmanı evdə keçirəcək.

“Murov” (Azərbaycan) - “Kitro Varazdin” (Xorvatiya) 3:1 (23:25, 25:18, 25:20, 25:17)
Bakı Voleybol Mərkəzi
İlk oyun – 3:0

Digər Xəbərlər
Xəbər Lenti