Bakı klublarını "gəzdi", "bəsdir" söylədi - Almaniya millisinin liberosu

18 May 2021 21:20 Voleybol 1 359
Bakı klublarını "gəzdi", "bəsdir" söylədi - Almaniya millisinin liberosu

Almaniya millisinin sabiq voleybolçusu Lenka Dürr karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, libero 31 yaşında idmanla vidalaşıb.

Karyerasının iki mövsümünü Azərbaycanda keçirən Lenka “İqtisadçı” (2013/14) və “Azəryol”da (2014/15) forma geyinib. O, hər iki komanda ilə bürünc medala yiyələnib.

Dürrün son klubu 2019-21-ci illərdə formasını geyindiyi Almaniya təmsilçisi “Drezdner” olub. Lenka Bundestimin heyətində Avropa çempionatının gümüş mükafatçısıdır.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!