Gürcüstanı məğlub etdik

3 İyun 2025 03:30 Voleybol 1 161
Gürcüstanı məğlub etdik

Avropa Gümüş Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, komandamız Tbilisidə yerli yığma ilə iki yoxlama oyunu keçirib.

Yığmamız bu qarşılaşmalarda Gürcüstan millisini 3:0 və 3:2 hesabları ilə məğlub edib.

Millimiz yarışda ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Rəqiblərimiz isə ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti