Sonuncu yerdə olan Azərbaycan yığması hara gedir?

3 İyun 03:50 Voleybol 1 555
Sonuncu yerdə olan Azərbaycan yığması hara gedir?

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Qızıl Liqasında ilk həftəsonundan sonra turnir cədvəlində sonuncu yerdədir.

Sportinfo.az xəbər verir ki, Bakıda keçirilən açılış matçlarında meydan sahibləri Macarıstan və Sloveniyaya eyni hesabla (0:3) uduzub.

Faiq Qarayevin yetirmələri oyun fərqinə görə turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Rumıniya, Sloveniya və Ukrayna hərəyə altı xal toplayaraq Avropa Qızıl Liqasına iki qələbə ilə başlayıb.

Komandamız növbəti oyunlarını Bratislavada keçirəcək. Millimiz iyunun 6-da Slovakiya, ertəsi gün isə Monteneqro yığmaları ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti