Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik oldu

16 May 2021 16:40 Voleybol 2 450
Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, yığmamızı mayın 28-də start götürəcək Qızıl Avropa Liqasına Vasif Talıbov çıxarmayacaq.

Millidə hansısa uğura imza ata bilməyən gənc çalışdırıcını Vüqar Əliyev əvəzləyib.

Əsas komandamızda və aşağı yaş qrupu üzrə yığmalarımızda çalışmış təcrübəli mütəxəssis təlim-məşq toplanışında da voleybolçularımıza rəhbərlik edib.

Yığmada digər məşqçilər isə dəyişməz qalıb. Əliyevə Eldar Yusubovla Famil Ağayev köməklik edəcəklər. Artıq Azərbaycan Voleybol Federasiyası bununla bağlı sifarişini Avropa Voleybol Konfederasiyasına da göndərib.

Azərbaycan millisi Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı