Nicat bu gün Maqnus Karlsenlə üz-üzə gələcək - Dünya Kuboku

19 Avqust 2023 10:20 Şahmat 849
Nicat bu gün Maqnus Karlsenlə üz-üzə gələcək - Dünya Kuboku

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün yarımfinal mərhələsinin ilk oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı qrossmeyster Beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.

Abasov qara fiqurlarla mübarizə aparacaq.

Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!