"Beşiktaş"ın futbolçusu Salih Uçan Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə ilk oyun öncəsi fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, o, matçdan əvvəl keçirilən mətbuat konfransında deyb:
"Tirana" ilə matçda yaxşı çıxış etdik. İndi "Neftçi" ilə qarşılaşacağıq. Səfərdə oynayacağıq.
Yaxşı nəticə əldə edərək doğma meydanımızda növbəti mərhələyə yüksəlmək istəyirik. Hədəfimiz "Beşiktaş"ı layiq olduğu yerə çatdırmaqdır.
Qrupa yüksəlmək, sonra qrupdan çıxmağı düşünürük. Addım-addım irəliləyəcəyik".
Bu gün keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da start götürəcək.

