"Söz verdisə, edər”: Azərbaycanlı jurnalist "İmperator"u Bakıya dəvət etdi - VİDEO

18 Sentyabr 2020 17:52 Türkiyə 714
"Söz verdisə, edər”: Azərbaycanlı jurnalist "İmperator"u Bakıya dəvət etdi - VİDEO

“Neftçi” ilə oyun üçün Bakıya gələn “Qalatasaray”ın baş məşqçisi Fatih Terim mətbuat konfransında jurnalistlərin sualını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, mətbuat konfransında ən yadda qalan məqamlardan biri də ARB telekanalının idman aparıcısı Azər İsmayılın imperator ləqəbli baş məşqçidən yenidən Azərbaycana gələcəkləri ilə bağlı söz alması olub.

Azər İsmayıl (aparıcı): “Qalatasaray”ın Türkiyədən sonra ən çox sevildiyi ölkə Azərbaycandır və kifayət qədər azarkeş ordusu var.

Ancaq buna baxmayaraq, azarkeşlərlə görüş olmayacaq. “Fatih hoca söz verdikdə olur” deyimini nəzərə alaraq pandemiya dövründən sonra bir görüş sözü verə bilərsinizmi? Məsələn bir yoldaşlıq görüşü.

Fatih Terim (“Qalatasaray”ın baş məşqçisi): “Mən “Qalatasaray”ın hər yerdə sevildiyini bilirəm. Amma onu da bilirəm ki, burada bir başqa sevilir. Hətta çox anormal bir münasibət görürəm.

Yetər ki, bu pandemiya dövrü bitsin. Ancaq elə bir yerdən dediniz ki, “Fatih Terim söz versə, edər”, yaxşı, söz verirəm. Yazdıq beynimizin bir tərəfinə”.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda