Şahruddin kənarda qaldı, Nani vurdu,“Trabzonspor”u uddular - VİDEO

7 Oktyabr 2023 08:20 Türkiyə 1 943
Şahruddin kənarda qaldı, Nani vurdu,“Trabzonspor”u uddular - VİDEO

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Demirspor” Türkiyə Superliqasında 8-ci turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda doğma azarkeşləri önündə “Trabzonspor”u qəbul edib.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ş. Məhəmmədəliyev görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Oyuna yeganə qolu matçın 29-cu dəqiqəsində Nani vurub.

Bu nəticədən sonra Adana təmsilçisi 17 xalla (8 oyun) 3-cü pillədə qərarlaşıb. “Fənərbaxça” 21 xalla (7 oyun) 1-ci, “Qalatasaray” 19 xalla (7 oyun) 2-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"