Gürcüstan millisinin müdafiəçisini transfer etməyə çalışır - "Neftçi"nin rəqibi

12 Avqust 2023 10:00 Türkiyə 1 688
Gürcüstan millisinin müdafiəçisini transfer etməyə çalışır -

"Neftçi"nin Konfrans Liqasındakı rəqibi olan "Beşiktaş" heyətini gürcü futbolçu ilə gücləndirə bilər.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Dinamo"nun (Moskva) müdafiəçisi Saba Sazanovu transfer etməyə çalışır.

Türkiyə klubu qarşı tərəfə 3 milyon avro təklif edib. Amma hələ ki, qarşı tərəfdən müsbət cavab gəlməyib.

Məsələ burasındadır ki, Saba Rusiyanı top-5 təmsilçilərindən gələcək təklifə görə tərk edə biləcəyini bildirib.

"Zenit"in yetirməsi olan 21 yaşlı futbolçu 2021-ci ildən "Dinamo"da oynayır. O, ötən ildən Gürcüstan millisində çıxış etməyə başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM