Üçüncü liqa klubuna uduzdu, mübarizən dayandırdı

10 Yanvar 10:00 Türkiyə 702
Üçüncü liqa klubuna uduzdu, mübarizən dayandırdı

İspaniya kubokunun 1/16 final mərhələsinin “Yunionistas” – “Vilyarreal” matçı başa çatıb.

Sportinfo.az xəbər verir ki, dünən 90 dəqiqədə “Reina Sofia” stadionunda işıqların sönməsi səbəbindən yarıda dayandırılmış oyun bu gün davam etdirilib.

Görüşün əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Bu səbəbdən qalib penaltilər seriyasında müəyyənləşib. La Liqa klubu 3-cü divizion təmsilçisinə penaltilər seriyasında 6:7 hesabı ilə uduzub.

Beləliklə, “Vilyarreal” turnirdə mübarizəni dayandırıb, “Yuniostas” isə 1/8 finala yüksəlib.

Artıq 1/8 final mərhələsinin püşkü də atılıb. Cütlükləri təqdim edirik:

Yunionistas – Barselona
Tenerife – Malyorka
Xetafe – Sevilya
Osasuna – Real Sosyedad
Valensiya – Selta
Atletik – Alaves
Atletiko – Real
Jirona – Rayo Valyekano

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda