"Neftçi" ilə ortaq məxrəcə gələ bilmədi, bəs "Samsunspor"la?

28 Sentyabr 2023 08:40 Türkiyə 888
"Neftçi" ilə ortaq məxrəcə gələ bilmədi, bəs "Samsunspor"la?

Hüseyin Eroğlu ilə yollarını ayıran "Samsunspor" yeni baş məşqçi axtarışlarına start verib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisinin əsas hədəfi komandanın başına Sergen Yalçını gəturməkdir. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Samsunsular 50 yaşlı mütəxəssislə danışıqlar aparır.

"Neftçi" yayda baş məşqçi postuna Sergen Yalçını gətirmək istəyirdi. Tərəflər arasında Bakıda görüş baş tutsa da, razılıq əldə olunmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti