"Azərbaycanda futbolçular az qazanır, bizə gəlsələr, çox pul istəyərlər"

18 Avqust 2023 07:40 Türkiyə 1 754
"Azərbaycanda futbolçular az qazanır, bizə gəlsələr, çox pul istəyərlər"

“Keçmişdə nə etdiyimiz vacib deyil, gələcəyə baxacağıq.

İlk oyunda yaxşı çıxış etmişdik. İlk 75 dəqiqədə üstün idik, sonra nəzarəti rəqibə verdik.

Bu dəfə də oyuna yaxşı başladıq. Amma hücumda çox təsirli olmadıq”.

Sportinfo.az xəbər verir ki. bu sözləri “Beşiktaş”ın baş məşqçisi Şenol Güneş Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”yə qalib gəldikləri cavab oyunundan (2:1, ilk matç - 3:1) sonra deyib.

Mütəxəssis “Neftçi” ilə “Beşiktaş” arasında səviyyə fərqinin olduğunu deyib:

“Daha çox qol şansı qazana bilərdik. “Neftçi”nin hücumunda isə qol buraxdıq.

İkinci hissədə oyun və hesab baxımından üstünlük bizdə idi. Sonda qalib gəldik. Azarkeşlərin dəstəyi, futbolçuların isə istəyi önəmlidir.

“Neftçi”nin orta sahə və hücum xətti icazə verildiyi zaman yaxşı oynayır, texnikalı futbolçulardır.

Bu gün üstün olmağımızı normal qarşılayıram. Çünki aradan səviyyə fərqi var”.

Ş.Güneş “Neftçi”nin heyətindəki bəzi oyunçuları fərqləndirib:

“Filip Ozobiç yaxşı futbolçudur. Bu gün gözləniləndən zəif oynadı. Kilan Lebon texnikalı futbolçudur.

Kenni Sayef də yaxşıdır. Emin Mahmudov uzun müddətdir Azərbaycan yığmasında çıxış edir, çox səviyyəli futbolçudur.

Bildiyim qədərilə Azərbaycanda futbolçular az pul alırlar. Bizə gəlsələr, çox pul istəyərlər. Pulsuz gələni də biz almırıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti