Koronavirusa yoluxan azərbaycanlı hakimdən XƏBƏR VAR

22 Aprel 2020 10:15 Türkiyə 686
Koronavirusa yoluxan azərbaycanlı hakimdən XƏBƏR VAR

Türkiyənin Karabük bölgəsində koronavirusa yoluxan azərbaycanlı futbol hakimi İsa Məmmədov xəstəxanadan evə buraxılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "İhlas" agentliyinə Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyinin (TFFHGD) sədri Taner Tuncer açıqlama verib.

O bildirib ki, Məmmədovun 10 günədək davam etmiş müalicəsinin ardından iki koronavirus testinin nəticəsi neqativ çıxıb. Tuncer referinin daha 14 gün evində keçirdikdən sonra müalicə prosesinin tamamlanacağını vurğulayıb.

Sədr Məmmədovun nəfəs almaqda çətinliyinin artıq qalmadığını, dad və qoxu hisslərinin də yavaş-yavaş yerinə qayıtdığını əlavə edib.

İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.

Digər Xəbərlər
Xəbər Lenti