"Neftçi"nin rəqibi qazax transfer etdi - 4,5 milyon avro ödəyəcək

14 Avqust 2023 02:10 Türkiyə 742
"Neftçi"nin rəqibi qazax transfer etdi - 4,5 milyon avro ödəyəcək

Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi ÇSKA-nın yarımmüdafiəçisi Baxtiyor Zaynutdinovu transfer edib.

"Beşiktaş" qazaxıstanlı vinger üçün Moskva klubuna 4,5 milyon avro ödəyəcək. 25 yaşlı ön xətt oyunçusu "qara qartallar"la 4 illik müqavilə imzalayacaq. Onun illik maaşı 1,2 milyon avro olacaq.

ÇSKA Baxtiyor Zaynutdinovu 2020-ci ilin yayında "Rostov"dan transfer etmişdi.

Qazaxıstan millisinin üzvü cari mövsümdə "hərbçilər"in heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti