Dzeko dubla imza atdı, “Fənərbağça” yeni mövsümə qələbə ilə başladı - VİDEO

14 Avqust 2023 01:30 Türkiyə 819
Dzeko dubla imza atdı, “Fənərbağça” yeni mövsümə qələbə ilə başladı - VİDEO

"Fənərbağça" Türkiyə Super Liqasında yeni mövsümə qələbə ilə başlayıb.

Sportinfo.az xəbər verir ki, çempionluğa iddialılardan sayılan İstanbul klubu öz meydanında "Qaziantep"i üstələyib - 2:1.

"Bülbüllər"in hər iki qoluna Edin Ceko imza atıb. Bosniya və Herseqovinadan olan forvard Super Liqada ilk oyununun üç və 18-ci dəqiqələrində fərqlənib.

Qonaqların yeganə qoluna 45+5-ci dəqiqədə Arda Gümüşdağ imza atıb.

Super Liqanın son çempionu "Qalatasaray" İlk turda səfərdə "Kayserispor"la qolsuz heç-heçəyə razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti