Qayıdacaq – Yeni klubu bilindi

12 Mart 2020 09:42 Türkiyə 777
Qayıdacaq – Yeni klubu bilindi

“Başakşəhər”də forma geyinən Robinyo vətəninə – Braziliyaya qayıtmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Xəbərdə 36 yaşlı hücumçunun yeni mövsümdən “Santos”un formasını geyinəcəyi bildirilib. Robinyo yeni klubunda aylıq 92,05 min avro qazanacaq.

“Santos”un yetirməsi olan Robinyo karyerası ərzində “Real”, “Mançester Siti”, “Milan” kimi klublarda çıxış edib. Hücumçu 100 dəfə də Braziliya yığmasının formasını geyinib.

2019-cu ilin yanvarından “Başakşəhər”də çıxış edən Robinyonun müqaviləsi mövsümün sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!