"Pendikspor" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Super Liqanın debütantı "Qalatasaray"dan ayrılan Alpaslan Öztürkü rənglərinə bağlayıb.
İstanbul təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisi ilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Alpaslan Öztürk 2021-ci ilin yayından "Qalatasaray"da çıxış edirdi. Təcrübəli arxa xətt oyunçusu son mövsümü icarə əsasında "Eyüpspor"da keçirib.

