Bakı Türkiyə millisini uğurdan-uğura daşıyacaq

9 Dekabr 2019 15:40 Türkiyə 1 044
Bakı Türkiyə millisini uğurdan-uğura daşıyacaq

Türkiyədə millinin Avropa çempionatına vəsiqə qazanması ilə bağlı sorğu keçirilib. Sportinfo.az xəbər verir ki, sorğuda azarkeşlər seçmə mərhələnin qəhrəmanının adını yazıblar.

Səsvermədə baş məşqçi Şenol Günəş komandanın qitə birinciliyinə yollanmasının əsas səbəbkarı seçilib. Təcrübəli mütəxəssis respondentlərin 69,9% səsini toplayıb.

Seçmə mərhələdə ən çox bəyənilən futbolçu 27,9% səs yığan Merih Dəmiral olub. "Yuventus"un müdafiəçisi 17 futbolçu arasında ən yaxşı olub.

Maraqlıdı ki, 3-cü sırada Türkiyə Futbol Federasiyası (TFF) yer alıb. Belə ki, TFF komandanın uğurlu çıxışında əsas pay sahiblərindən biri kimi göstərilib - 1,9%.

Həmçinin "ay-ulduzlular"ın final mərhələsindəki şansları ilə bağlı da sorğu aparılıb. 30,6% hesab edir ki, yığma yarımfinala qədər irəliləyəcək. 30,2% 1/4 finalı, 17,6% isə finalı proqnozlaşdırır.

Azarkeşlərin 3%-i komandanın qrupda qalacağını düşünür. A qrupunda yer alacaq Türkiyə millisi Romada İtaliya ilə, Bakıda isə Uels və İsveçrə ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"