Daha bir tanınmış futbolçu “Trabzonspor” yolunda

21:40 Türkiyə 100
Daha bir tanınmış futbolçu “Trabzonspor” yolunda

“Liverpul”un sabiq yarımmüdafiəçisi Fabinyo karyerasını Türkiyədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu “Trabzonspor”la razılığa gəlib.

Türkiyə klubu sosial şəbəkə hesablarında Fabinyonun komandanın formasında fotosunu paylaşaraq, transferi ictimaiyyətə çatdırıb.

Fabinyo yeni klubunda “Liverpul”dakı sabiq komanda yoldaşı Məhəmməd Salahla yenidən bir araya gələcək.

Braziliyalı futbolçu da öz növbəsində, sosial şəbəkə hesabında paylaşım edərək, onu Trabzonda tanış simanın gözlədiyini bildirib:

“Trabzonda məni tanış sima gözləyir”.

Fabinyo 2023-cü ildə “Liverpul”dan Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçmişdi. Yarımmüdafiəçi hazırda azad agent statusundadır. Salah isə bu ayın əvvəlində azad agent kimi “Trabzonspor”a qoşulub.

Digər Xəbərlər
Xəbər Lenti