"İnter"in sabiq hücumçusu ilə danışıq aparır - Nəriman Axundzadənin komandası

24 Avqust 10:20 Türkiyə 860
"İnter"in sabiq hücumçusu ilə danışıq aparır - Nəriman Axundzadənin komandası

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Erzurumspor” heyətini tanınmış futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, Superliqanın ilk iki turunu məğlubiyyətlə başa vurmuş “dadaşlar” “İnter”in sabiq forvardı Keyta Balde ilə danışıq aparır.

Seneqallı hələ ki türklərə yekun cavab verməyib. Futbolçu hazırda zədəsini sağaltmaqla məşğuldur.

Amma “Erzurumspor” Baldeni bir illik “Monza”dan icarəyə götürmək niyyətindədir.

Onun İtaliya klubu ilə müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir. Balde “İnter”, “Latsio”, “Monako”, “Sampdoriya”, “Kalyari”, “Spartak”(Moskva), “Sivasspor”, “Espanyol” klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM