Portuqaliyalı üçün 10 milyon avroluq təklif - “Qalatasaray”dan

22 Avqust 00:00 Türkiyə 889
Portuqaliyalı üçün 10 milyon avroluq təklif - “Qalatasaray”dan

Moskva “Spartak”ının yarımmüdafiəçisi Jedson Fernandes Türkiyəyə qayıda bilər.

Sportinfo.az “Turkinform”-a istinadən xəbər verir ki, “Qalatasaray” portuqaliyalı üçün “Spartak”a 10 milyon avro təklif edib.

Bildirilir ki, Fernandes də Türkiyəyə qayıtmağa müsbət yanaşır və “cim-bom”a keçməyə hazırdır.

27 yaşlı yarımmüdafiəçi ötən ilin yayında “Beşiktaş”dan “Spartak”a transfer olunub. O, Moskva klubunda keçirdiyi 41 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə verib.

Onun “Spartak”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM