“Qalatasaray”dan rəsmi transfer açıqlaması - Rusla bağlı

21 Avqust 02:00 Türkiyə 611
“Qalatasaray”dan rəsmi transfer açıqlaması - Rusla bağlı

“Qalatasaray” Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Batrakovun transferi ilə bağlı rəsmi açıqlama yayıb.

Sportinfo.az İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun transferi ilə bağlı həm Batrakov, həm də “Lokomotiv”lə rəsmi danışıqlara başlanılıb.

Daha əvvəl “Qalatasaray”ın rusiyalı yarımmüdafiəçinin keçidi üçün “Lokomotiv”lə 25 milyon avro və bonuslar qarşılığında razılığa gəldiyi barədə məlumat yayılmışdı.

Batrakov hazırda İstanbula yola düşüb. Türkiyə çempionu transferi mümkün qədər tez rəsmiləşdirmək və futbolçunu Super Liqanın növbəti matçında iştirak ərizəsinə daxil etmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM