Toral Bayramovun “Bursaspor”u üçün iki…

11 İyul 02:40 Türkiyə 836
Toral Bayramovun “Bursaspor”u üçün iki…

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun yeni komandası “Bursaspor”un Boludakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, I Liqa təmsilçisi hazırlıq dönəmində 2 görüş keçirəcək.

Komanda ilk matçını “Batman Petrolspor”a qarşı keçirəcək. İkinci qarşılaşmadakı rəqib isə I Liqanın digər iştirakçısı “Bodrumspor” olacaq. Bu matç iyulun 13-də baş tutacaq.

Toral Bayramov “Bursaspor”a bu yay “Qarabağ”dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti