“Fənərbaxça”da oynamış hücumçu “Qalatasaray”a gedir

15:40 Türkiyə 109
“Fənərbaxça”da oynamış hücumçu “Qalatasaray”a gedir

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Con Duran karyerasını yenidən Türkiyədə davam etdirməyə yaxındır.

Sportinfo.az “Fanatik”-ə istinadən xəbər verir ki, “Qalatasaray”la “Əl-Nəsr” 23 yaşlı forvardın icarə əsasında transferi ilə bağlı razılıq əldə edib.

Bildirilir ki, kolumbiyalı futbolçu yaxın vaxtlarda müqaviləni imzalamaq üçün İstanbula yollanacaq. Onun “Əl-Nəsr”lə sözləşməsinin müddəti 2030-cu ilin ortalarına kimidir.

“Transfermarkt” portalı Duranın dəyərini 15 milyon avro qiymətləndirir. O, daha əvvəl Türkiyədə “Fənərbaxça”nın formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti