“Bavariya” qapıçısını “Beşiktaş”a satdı - 3 illik müqavilə

9 İyul 10:20 Türkiyə 414
“Bavariya” qapıçısını “Beşiktaş”a satdı - 3 illik müqavilə

“Beşiktaş” “Bavariya”nın qapıçısı Aleksandr Nübel ilə müqavilə imzalayıb.

Sportinfo.az “Hürriyet”ə istinadən xəbər verir ki, klub 29 yaşlı qolkiperlə 2028/2029-cu il mövsümünün sonunadək 3 illik müqavilə bağlandığını açıqlayıb.

Məlumata görə, transfer üçün “Beşiktaş” kluba 6,5 milyon avro ödəyəcək. Müqavilədə əlavə olaraq 5 milyon avro bonus da nəzərdə tutulub.

Qeyd edək ki, Aleksandr Nübel 2020-ci ildən “Bavariya”nın futbolçusu idi. O bu komandada cəmi dörd rəsmi oyunda iştirak edib.

Son mövsümlərdə isə “Monako” və “Ştutqart”da icarə əsasında çıxış edib.

Qapıçı Almaniya millisinin də üzvüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!