Hazırda “Real”ın müdafiəçisi ilə maraqlanır - “Qalatasaray”

2 May 00:10 Türkiyə 905
Hazırda “Real”ın müdafiəçisi ilə maraqlanır - “Qalatasaray”

“Real”ın müdafiəçisi David Alaba yaxın vaxtlarda komandanı tərk edə bilər və artıq bir neçə klub onunla maraqlanır.

Sportinfo.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, əsas iddiaçılar arasında “Qalatasaray” və “Mançester Yunayted” yer alır.

Bundan əlavə, İtaliya mətbuatının yaydığı xəbərə görə, “Milan” da avstriyalı müdafiəçini diqqətlə izləyir.

Alaba komanda üçün Stranya Pavloviçin ehtiyat variantı kimi nəzərdən keçirilir, çünki hazırda bu mövqedə sabit alternativ yoxdur.

“Milan” son illərdə nisbətən daha yaşlı futbolçulara, xüsusilə, “Real”dan ayrılan oyunçulara maraq göstərir. Buna nümunə ötən il Luka Modriçin transferidir.

33 yaşlı Alaba 2021-ci ildən “Real”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?