Stadionun üzərindən helikopterlərin uçmasına icazə verən general vəzifəsini itirdi - VİDEO

30 Aprel 10:20 Türkiyə 632
Stadionun üzərindən helikopterlərin uçmasına icazə verən general vəzifəsini itirdi - VİDEO

Türkiyə kubokunun 1/4 finalında keçirilən “Konyaspor” - “Fənərbaxça” (1:0) matçı zamanı stadionun üzərindən helikopterlərin uçmasına icazə verən general-mayor Mete Kuş cəzalanıb.

Sportinfo.az xəbər verir ki, “Konyaspor”la yaxın əlaqələri ilə tanınan Konya 3-cü Əsas Reaktiv Bazası və Qarnizonunun komandiri komandaya dəstək məqsədilə arenanın üzərindən uçuşların olmasına icazə verib.

Onun bu hərəkəti Türkiyə Silahlı Qüvvələri daxilində narazılıqla qarşılanıb.

Hadisədən sonra general-mayorun vəzifəsi aşağı salınaraq o, Hərbi Hava Qüvvələri Komandanlığı Qərargahına təyinat alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...