Hazırkı prezident namizədliyini verməyəcək: Ora kimlər iddialıdır? - FOTO

10:00 Türkiyə 122
Hazırkı prezident namizədliyini verməyəcək: Ora kimlər iddialıdır? - FOTO

“Fənərbaxça” 6-7 iyun tarixlərində növbədənkənar seçkilər üzrə ümumi yığıncağın keçiriləcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, klubda prezidentlik yarışı üçün üç əsas namizədin adı bəllidir.

Bunlar keçmiş TFF başçısı və “Acıbadem”in rəhbəri Mehmet Ali Aydınlar və iş adamları Hakan Safi ilə Barış Göktürkdür. Artıq namizədlərin seçki hazırlıqlarına başladığı və idarə heyəti siyahıları üzərində işlədikləri bildirilir.

Digər tərəfdən, klubun keçmiş prezidentləri Aziz Yıldırım və Ali Koçun, həmçinin hazırkı rəhbər Sadettin Saranın yenidən namizəd olmaq niyyətləri yoxdur. Xüsusilə Sadettin Saranın bu qərarı camiədə yeni bir dönəmin başlanğıcı kimi qiymətləndirilir.

“Qalatasaray”la derbi məğlubiyyətindən sonra baş məşqçi Domeniko Tedeskonun gedişi və idarə heyətinin buraxılması seçki qərarını sürətləndirən əsas amillər olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!