Müdafiəçi Stefan de Vreyin bu yay “İnter”dən ayrılma ehtimalı yüksəkdir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” niderlandlı ilə müqavilə imzalamaqda maraqlıdır.
Futbolçunun agentləri həmçinin, “Əl-Hilal”, “Nyukasl” və “Nottingem Forest”ə də onun xidmətini təklif ediblər.
De Vrey hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib, lakin “Fənərbaxça”nın maliyyə imkanları transferdə əsas rol oynaya bilər.
Stefan de Vrey “İnter”ə 2018-ci ildə “Latsio”dan azad agent kimi qoşulub. Onun klubla müqaviləsinin müddəti bu ilin 30 iyununa qədərdir.
Müdafiəçi bu mövsüm Milan klubunda bütün yarışlarda 14 oyunda meydana çıxıb və qol vurmayıb.

