“Fənərbaxça” da Dibalaya iddia edənlər sırasına qoşuldu

29 Mart 17:20 Türkiyə 724
“Fənərbaxça” da Dibalaya iddia edənlər sırasına qoşuldu

“Roma”nın hücumçusu Paulo Dibala yaxın zamanda azad agent statusu qazana bilər.

Argentinalı futbolçunun Roma təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq.

32 yaşlı forvardla maraqlanan klubların sayı artmaqda davam edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” da Dibalaya iddia edənlər sırasına qoşulub.

Bundan əlavə, futbolçunun vəziyyətini La Liqa (İspaniya) və MLS (ABŞ) təmsilçiləri də yaxından izləyir.

Dibala cari mövsümdə “Roma” forması ilə 22 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. O, 2022-ci ildə “Yuventus”dan ayrılaraq paytaxt təmsilçisinin sıralarına qoşulmuşdu.

“Fənərbaxça” hazırda Türkiyə çempionatında turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider “Qalatasaray”dan 4 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?