Öncə küsüb, sonra barışdılar: “O danışır, mən dinləmirəm” - FOTOLAR

26 Mart 20:50 Türkiyə 756
Öncə küsüb, sonra barışdılar: “O danışır, mən dinləmirəm” - FOTOLAR

Dünyaca məşhur türk futbolçu Hakan Çalhanoğlu evlilik haqda açıqlaması ilə gündəmə gəlib.

Adı son transfer dövrlərində tez-tez “Galatasaray”​la hallanan futbolçu şəxsi həyatı barədə danışıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2017-ci ildə Sinem Çalhanoğlu ilə ailə quran futbolçunun adı bir müddət xəyanət iddialarında keçirdi.

Münasibətlərinə yenidən şans verən cütlük çətin günləri geridə qoyub.

Hazırda “Inter Milan” klubunda çıxış edən futbolçu yutubda yayımlanan proqramlardan birində maraqlı fikirlər səsləndirib.

Üç uşaq atası olan Çalhanoğlu evlilikdə xoşbəxtliyin sirrini belə izah edib:

“Evlilikdə xoşbəxtliyin sirri – danışmadan anlaşa bilməyimizdir. O danışır, mən dinləmirəm”.

Futbolçunun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.




Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?