Futbolçunun öldürülməsinə görə qadın müğənni və 7 nəfər həbs edildi

12:45 Türkiyə 155
Futbolçunun öldürülməsinə görə qadın müğənni və 7 nəfər həbs edildi

İstanbulun Ümraniye rayonunda 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçının həyatını itirdiyi silahlı hücumla bağlı 7 nəfər həbs olunub.

Sportinfo.az xəbər verir ki, faktla bağlı başlanan istintaq çərçivəsində ümumilikdə 10 şübhəli saxlanılıb.

Onlardan 7 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında Aleyna Kalaycıoğlu və müğənni İzzet Yıldızhan da var.

İki şübhəli isə məhkəmə tərəfindən polis nəzarəti tətbiq olunaraq sərbəst buraxılıb. Onlardan biri Aleyna Kalaycıoğlunun anası Zuhal Kalaycıoğludur.

Martın 19-da baş vermiş cinayətin iş adamı Bilal Kadayıfçıoğlunun oğlu Alaattin Kadayıfçıoğlu tərəfindən törədildiyi bildirilmişdi./Milli.Az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti