Türkiyə Super Liqasında XXIII tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun son matçında "Fənərbaxça" doğma meydanda "Kasımpaşa" ilə qarşılaşıb.
İstanbul nəhəngi bu matçdan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Lider "Qalatasaray"la xal fərqini 2-yə endirən "Fənərbaxça" 53 xalla 2-ci, "Kasımpaşa" isə 20 xalla 16-cı sırada yer alıb.
"Fənərbaxça" - "Kasımpaşa" 1:1
Qollar: M. Asensio, 90+5, - J.Allevinah, 90+11

