Super Liqa klubu ona uğur qazandıran baş məşqçisi ilə vidalaşdı

21 Fevral 10:20 Türkiyə 560
Super Liqa klubu ona uğur qazandıran baş məşqçisi ilə vidalaşdı

Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, “Samsunspor” Tomas Raysla yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Tomas Rays 2024-cü ilin yayında “Samsunspor”un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm Super Liqanı 3-cü pillədə başa vurub.

Samsun təmsilçisi bu mövsüm isə 22 turdan sonra 30 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!