“Bu komandada oynamaqdan zövq alıram." - Həm xoşbəxtdir, həm də təəssüflənir

01:30 Türkiyə 64
“Bu komandada oynamaqdan zövq alıram." - Həm xoşbəxtdir, həm də təəssüflənir

“Fənərbaxça”nın yarımmüdafiəçisi Nqolo Kante UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra açıqlama verib.

Onun komandası dünən evdə “Nottingem Forest”ə 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu İstanbul komandasında oynamaqdan zövq aldığını bildirib:

“Bu komandada oynamaqdan zövq alıram. Yenidən Avropa yarışlarında oynadığım üçün çox xoşbəxtəm.

Üç ildən sonra ilk dəfədir. Bu gün (dünən) uduzduğumuz üçün təəssüf edirəm. Cavab oyunumuz var və özümüzə inanmalıyıq”.

Tərəflər arasındakı cavab matçı fevralın 26-da, İngiltərədə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 03:10 AFFA-da sədr dəyişdi