Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, "Gənclərbirliyi" Metin Diyadinlə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssislə müqaviləyə birtərəfli qaydada xitam verilib.
Metin Diyadin 2025-ci ilin dekabrında "Gənclərbirliyi"nin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.
Ankara təmsilçisi Super Liqada 22 turdan sonra 23 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

